Elçin Səlcuq getdi...
Azərbaycanın məşhur jurnalisti Elçin Səlcuq dekabrın 17-də vəfat edib.
Elçin Səlcuq (Quliyev Elçin Abdulla oğlu) 1964-cü il noyabrın 10-da Şərurda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-97-ci illərdə “Azadlıq”, 1997-98-ci illərdə “525-ci qəzet”də çalışıb. 1998-2001-ci illərdə “Detektiv” qəzetinin baş redaktoru olub. Daha sonra "Proloq" ədəbi həftəliyində çalışıb. Son illər müstəqil köşə yazarı kimi fəaliyyət göstərirdi.
Qaraciyər xəstəliyindən əziyyət çəkən jurnalist bu gün xəstəxanada keçinib. (Mediaforum)
Allah rəhmət eləsin!
Bu gün də Aynur günü olsun)))
"Etüd"də III görüş - gənc şair Fəird Hüseynin kitabı təqdim olunacaq
Dekabrın 19-da saat 14:00-da “Etüd” kitab və rəsm salonunda gənc şair Fərid Hüseynin “Əlifba sırası” kitabının təqdimat mərasimi və imza günü keçiriləcək.Kitaba şairin müxtəlif məzmunlu şeirləri toplanıb. “Əlifba sırası” Fəridin “A” hərfi – ilk kitabıdır.
Bütün ədəbiyyatsevərlər tədbirə dəvətlidir.
Mixail Krepsdən seçmələr
Каждый большой поэт преодолевает традицию… Следует заметить, что преодолевать традицию не всегда означает
опровергать ее. Это сложный процесс со своими законами уступок и отвержений. Настоящий же поэт необходимо должен разрушить весь разброс возможностей предсказуемости текста, тогда и только тогда он начнет движение по пути преодоления смотрящей на него из всех углов банальности. …главная техническая (если можно так выразиться) задача поэта -- связать рифмы контекстом, и не просто понятным контекстом, но контекстом поэтическим. Это в конечном счете есть, было ибудет (в рамках рифменного стиха) основной заботой и основной трудностью поэта.
Ramiz Rövşən - Kölgə
Bu gün Ramiz Rövşən günü olsun)))
---
Sənin kölgən düşür burda hər şeyə;
Bu evə-eşiyə,
yorğan-döşəyə,
Körpəm mışıl-mışıl yatan beşiyə
sənin kölgən düşür gecəbəgündüz.
Kölgən düşür
qadınımın üzünə,
Gizlədir üzünün eyiblərini……..
“Vogue music” silsiləsindən 1/ İlğım filminin musiqisi altda
Edam Güneyli qardaşımız Ləvaiyə ithaf olunur Günəş üstünə düşəcək, sevgin ağzına yumulacaq… səsin çölə tökülməyəcək, qəzəbin gülməyəcək üzlərə… sinənə daş döşənəcək... daha çox qorxacaqlar, daha çox vuracaqlar səni… gülümsəyəcəksən – boynuna uzanan barmaqların arasından sarı üfüqlərə baxmaq istəyəcəksən… ilk öncə işıqdan... işıqdan asılacaqsan...
Fərid Hüseyn - Eynəklər gizlədə bilməz kədəri.
Rəbiqə üçün
Bilirəm, uzaqlara baxırsan,
gizli-gizli ağladığını da bilirəm...
axşamkı dərdindən danışır gündüzkü ovqatın,
eynəyinin altındakı kədəri də görürəm...
eynəklər gizlədə bilməz kədəri
bədən ancaq ruhumuzun üstündən asılmış şəkildi,
bunu yaxın günlərdə ölmüş dostumuz bir də sübut elədi.
bilirəm darıxırsan, şeir yazmırsan,
gözlərini aynaya zilləyib özünü tapmırsan hərdən.
Bakı- Tovuz-Qazax-Tovuz-Gəncə-Bakı marşrutundan bəzi məqamlar....
Səhər saat 8.30. Gecə səfər öncəsi həyəcandan yatmaya bilərsən, amma bu, vədə yerinə gecikməyəcəyinə təminat vermir. “İçərişəhər” metrostansiyasının çıxışında telefon konturu axtarmaq da bir tərəfdən canımı sıxır. Elə bilirəm, ürəyim ağrıyır. Nə yaxşı ki, zəngin səsi gəlir və ekrana baxıram: Qismətdir. Yüz faiz artıq vədə yerindədir, az qala paxıllığım tutur: bu oğlan heç vaxt gecikmir. Bəhram Gur heykəlinin yanına çatanda məlum olur ki, məndən başqa da gecikən varmış...
Bakı-Tovuz yolu. Uşaqların səsi şeirdən başqa bir şey fikirləşməyə qoymur. Evlə bağlı bəzi narahatlığımı unudub, Ramiz Rövşənin, Nüsrət Kəsəmənlinin, Salam Sarvanın misralarına köklənirəm. Sonra öz mətnlərinə müraciət edirlər. Düşünürəm ki, heca şeirlərinin böyük bir üstünlüyü var – onları yadda saxlamaq asandır...
Səlim Babullaoğlunu oxuyaq
Yaxşı, oxucuların xahişi ilə bu gün Səlimin oxu günü olsun…

Məsihağa Məhəmmədiyə
«Külək yatıb» dedin. Məni diksindirdin.
Vərdiş etdiyimiz ifadənin söz hissəsiylə
indi görünməyən, olmayan təbiət hadisəsiylə
mənim qohum olduğumu asanca bildirdin.
Ad günü üçün təbrik yerinə
2007-ci il, 28 sentyabr. Natəvan klubunda Əli Əlioğlu adlı gənc şairin saytı təqdim olunacaq. “Yeni Azərbaycan” qəzetindən tanıdığım Səlim Babullaoğlu dəvət edib. Amma klubun yerini tanımıram, özündən soruşmağa utanıram. Kəbutər əvvəl gülür, inanmır, sonra izahat verir. Beləcə, başlanır mənim YB-yə yolum...
Bundan sonra çox şey dəyişir, Yazıçılar Birliyinə önyarqılı münasibət də o cümlədən...
Blog Haqqında

Axtarış
Bölmələr
- Şeirlər (39)
- Yazılar (13)
- Gündəlik (37)
- Mənim sevdyim şeirlər (8)
- Müsahibələr (1)
- Bir az da susaq (3)
- Müzakirələr-söhbətlər (3)
- Birlikdə oxuyaq... (14)
Arxivlər
- Dekabr 2009 (19)
- Noyabr 2009 (9)
- Sentyabr 2009 (12)
- Avqust 2009 (5)
- İyul 2009 (22)
- İyun 2009 (1)
- Aprel 2009 (3)
- Mart 2009 (3)
- Fevral 2009 (1)
- Yanvar 2009 (2)
- Dekabr 2008 (3)
- Oktyabr 2008 (4)
- Sentyabr 2008 (2)
- Avqust 2008 (5)
- İyul 2008 (31)
- İyun 2008 (9)
Qabaqki yazılar
- ***
- Bir şairin üslubunda...
- Yazıb, Sadiqə hədiyyə etdiyim parça
- Hiss etməyim...
- ƏN SON XƏYANƏT
- Yanğın
- “Etüd” art kafesi fəaliyyətə başladı
- Div qorxusu
- D. T-yə...
- Qorxu və (ardı)
Keçidlər
- Lit.az (309)
- Kultaz (429)
- Qızlar məclisi (342)
- Ədəbi gənclik (309)
- Kultazın rusdilli bacısı (253)
- Moşkovun kitabxanası (212)
- Milli kitabxana (270)
- Tərcümə (261)
- Çağdaş rus ədəbiyyatı (228)
- Səlim Babullaoğlu (42)
- Saray (87)
- Məsiağa Məhəmmədi (28)
Dost bloglar
Açar sözlər
Sayqaç
İndi blogda: 2
Keçən ayın hiti: 4454
Dünənki hit: 56
Bugünki hit: 151
Ümumi hit: 28323